Tez-tez Verilən Suallar

Hirex.az platformasının işləmə qaydası, müraciət prosesi və şirkət qeydiyyatı barədə cavablar.

18
aktiv vakansiya
46
təsdiqlənmiş şirkət
11
iş sahəsi

Məlumatlar 03 August 2026 tarixinə aiddir.

Platforma

Hirex.az nədir?

Hirex.az — Azərbaycanda fəaliyyət göstərən onlayn iş elanları platformasıdır. Şirkətlər pulsuz vakansiya yerləşdirir, iş axtaranlar isə sahə, şəhər və maaşa görə axtarış edərək birbaşa sayt üzərindən müraciət göndərir. Bütün məzmun Azərbaycan dilindədir.

Vakansiya yerləşdirmək pulludur?

Xeyr. Şirkət qeydiyyatı və vakansiya yerləşdirmək tamamilə pulsuzdur. Qeydiyyatdan sonra elan admin yoxlamasından keçir və təsdiqləndikdən sonra saytda dərc olunur.

Elanlar yoxlanılırmı?

Bəli. Hər vakansiya dərc olunmadan əvvəl admin tərəfindən yoxlanılır və yalnız təsdiqlənmiş şirkətlərin elanları saytda görünür. Bu, saxta və təkrar elanların qarşısını alır.

İş axtaranlar üçün

İş elanına necə müraciət edə bilərəm?

Vakansiya səhifəsini açın və müraciət düyməsinə klikləyin. Şirkətin seçdiyi üsuldan asılı olaraq CV-nizi birbaşa sayt üzərindən göndərə, e-poçt ilə əlaqə saxlaya və ya şirkətin öz müraciət linkinə keçid edə bilərsiniz. İş axtaran üçün qeydiyyat tələb olunmur.

Müraciət etmək üçün qeydiyyatdan keçmək lazımdır?

Xeyr. İş axtaranlar hesab yaratmadan müraciət edə bilər — sayt üzərindən müraciət zamanı yalnız e-poçt təsdiqi tələb olunur. Qeydiyyat yalnız vakansiya yerləşdirən şirkətlər üçün lazımdır.

Bakıda iş elanlarını necə tapım?

Şəhər üzrə səhifələrdən istifadə edin: hər şəhərin ayrıca səhifəsi var və orada yalnız həmin şəhərdəki aktiv vakansiyalar toplanır. Uzaqdan (remote) işləmək imkanı verən elanlar üçün ayrıca bölmə mövcuddur.

Yeni vakansiyalardan necə xəbər tuta bilərəm?

Maraqlandığınız kateqoriyaya e-poçt abunəliyi aktivləşdirin. Həmin kateqoriyada yeni iş elanı dərc olunduqda bildiriş e-poçtunuza gələcək. Abunəlikdən istənilən vaxt çıxa bilərsiniz. Bundan əlavə, yeni elanlar RSS lentində də dərhal yayımlanır.

Elanlardaki əmək haqqı məlumatı dəqiqdirmi?

Əmək haqqı şirkət tərəfindən qeyd olunur. Bəzi elanlarda konkret məbləğ və ya diapazon göstərilir, bəzilərində isə "razılaşma yolu ilə" qeydi olur — bu halda məbləğ müsahibə mərhələsində müzakirə edilir.

Vakansiyanın müddəti bitibsə nə olur?

Müraciət son tarixi keçmiş elanlar aktiv siyahılardan çıxarılır və səhifədə müddətin bitdiyi barədə xəbərdarlıq göstərilir. Bu səbəbdən saytdaki siyahılarda yalnız hazırda müraciət qəbul edən elanlar olur.

Şirkətlər üçün

Şirkət kimi necə qeydiyyatdan keçim?

Saytın yuxarı hissəsindəki "Qeydiyyat" düyməsi ilə şirkət hesabı yaradın, profil məlumatlarını və loqonu doldurun. Hesab admin tərəfindən təsdiqləndikdən sonra vakansiya yerləşdirə bilərsiniz.

Vakansiyam nə vaxt saytda görünəcək?

Elan göndərildikdən sonra admin yoxlamasına düşür. Təsdiqləndikdən sonra dərhal saytda, kateqoriya və şəhər səhifələrində, sitemap-da və RSS lentində görünür. Elanı redaktə etsəniz, yenidən qısa yoxlamadan keçir.

Müraciətləri necə görə bilərəm?

Şirkət panelindəki "Müraciətlər" bölməsində vakansiyalarınıza gələn bütün müraciətlər, CV faylları və namizədlərin əlaqə məlumatları toplanır. Hər müraciətin statusunu panel üzərindən dəyişə bilərsiniz.

Cavabını tapmadığınız sual var?