Təcrübəli Reanimasiya tibb bacısı
Vakansiya məlumatları
| Vəzifə | Təcrübəli Reanimasiya tibb bacısı |
|---|---|
| Şirkət | Appro Hospital |
| Sahə | Səhiyyə və Tibb |
| Yerləşdiyi yer | Bakı, Azərbaycan |
| İş qrafiki | Tam iş günü |
| İş formatı | Ofisdə |
| Əmək haqqı | 700–800 ₼ / ay |
| Elan tarixi | |
| Müraciət son tarixi |
Vakansiya Haqqında
Reanimasiya Tibb Bacısı
Appro Hospital komandamıza Reanimasiya Tibb Bacısı vəzifəsinə əməkdaş axtarılır.
İş yeri
Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana, 316 nömrəli məktəbin yanı
Əmək haqqı
700-800 AZN
Əmək haqqı və İş qrafiki haqqında ətraflı məlumat müsahibə zamanı veriləcək.
Namizədə tələblər
• Tibb bacısı ixtisası üzrə orta-ixtisas təhsili;
• Reanimasiya və intensiv terapiya sahəsində minimum 1–2 il iş təcrübəsi;
• Müvafiq sertifikatın olması;
• Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
• Təcili və kritik vəziyyətlərdə düzgün və çevik reaksiya vermək bacarığı;
• Azərbaycan dilini əla səviyyədə bilmək;
• Cəld, səliqəli, pozitiv, gülərüz və nəzakətli olmaq;
• Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri
• Reanimasiya şəraitində xəstələrə yüksək səviyyəli tibb bacısı xidməti göstərmək;
• Həkim göstərişləri əsasında dərman preparatlarını və tibbi prosedurları tətbiq etmək;
• Təcili hallarda operativ reaksiya göstərmək və ilkin tibbi müdaxiləni həyata keçirmək;
• Xəstələrin həyati göstəricilərini müşahidə etmək və nəzarətdə saxlamaq;
• Monitor, süni tənəffüs aparatı və digər tibbi avadanlıqlardan düzgün istifadə etmək;
• Tibbi sənədləşməni və müşahidə formalarını düzgün və vaxtında aparmaq;
• Xəstələrin vəziyyətində baş verən dəyişikliklər barədə həkimə vaxtında məlumat vermək;
• Gigiyena, sanitariya və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
• Xəstəxananın daxili nizam-intizam qaydalarına əməl etmək.
İşə qəbul
Yaş: 22–45
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini aşağıdakı e-mail ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Telefon: 051-201-88-70 E-mail: info@approhospital.com
İş yeri: Appro Hospital, Yeni Ramana, Bakı.